Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandası bu gün “İmişli” ilə yoxlama matçında üz-üzə gəlib.
Arena.az xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.
Tərəflərin bütün cəhdlərinə baxmayaraq, qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.
Xatırladaq ki, bu, “gənclik şəhəri” təmsilçisinin yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyunu idi.
“İmişli” isə daha öncə “Araz-Naxçıvan”ın əvəzedici komandası ilə qarşılaşmış və 2:1 hesablı qələbəyə sevinmişdi.
“İmişli” yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.