UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üzrə ilk oyunda "Zirə" "Hayduk" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı şərh edib:
"Maraqlı oyun alındı. Hər iki komanda meydanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi. Hər iki komanda digərinin səhvini gözləyirdi. Elə oldu ki, onlar səhv etdi, biz istifadə etdik. İkinci hissənin əvvəllərində yaxşı imkanınımız yarandı, lakin təəssüf ki, yararlana bilmədik. Rəqibin isə tək imkanı oldu, ondan da yararlandılar. Ümumi olaraq komandamdan çox razı qaldım. Məncə, biz qələbəyə daha idik. Turun qalibi Splitdə bəli olacaq. Həm "Osiyek", həm də DAK-la oyunu xatırlatdı. DAK-a qarşı oyunda 4:0-a kimi hər epizoddan istifadə edirdik".
Mütəxəssis cavab oyununda şansları dəyərləndirib, futbolçuların performası barədə danışıb:
"Düşünürəm ki, səfərdə şanslar bərabər olacaq. Düzdür, azarkeş üstünlüyü rəqibin xeyrinədir. Çalışacağıq ki, onlardan üstün olaq. Brahim Konate böyük ehtimalla cavab oyununda iştirak etməyəcək. Çiyni çıxıb. Bərpaya 2-3 həftə lazım olacaq. Həm Konatedən, həm Rövlandan razı qaldım. Xüsusilə Rövlan oyuna yaxşı daxil oldu".