AZ

Zelenski: “NAБУ və SАП-ın müstəqilliyi qorunacaq, yeni islahat paketi hazırlanır”

Ukrayna Prezidenti Vladimir Zelenski antikorrupsiya orqanlarının müstəqilliyini zəiflədə biləcək yeni qanunla bağlı səsləndirilən tənqidlərə münasibət bildirib. Dövlət başçısı bu məsələ ilə bağlı hüquq-mühafizə və antikorrupsiya qurumlarının rəhbərlərindən konkret təkliflər gözlədiyini açıqlayıb.

Bu barədə o, rəsmi Telegram kanalında məlumat verib.

“Ukraynada hüquq-mühafizə orqanlarının fəaliyyətinə heç bir Rusiya təsiri və ya müdaxiləsi olmayacaq. Və çox vacibdir ki, antikorrupsiya institutlarının müstəqilliyini təmin edəcək bütün normalar mövcud olacaq. Hüquq-mühafizə və antikorrupsiya orqanlarının rəhbərlərindən, Baş prokurordan bu istiqamətdə işlək olacaq normativ təkliflər gözləyirəm,” – deyə Zelenski bildirib.

Prezident onu da əlavə edib ki, bu təkliflər əsasında prezident qanun layihəsi hazırlanacaq və dövlətin transformasiya strategiyası çərçivəsində həyata keçiriləcək.

Zelenskinin sözlərinə görə, güc strukturlarının rəhbərləri birlikdə hüququn aliliyini gücləndirəcək fəaliyyət planı irəli sürəcəklər.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr