UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" evdə "Hayduk"u qəbul edib və 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, Xorvatiya komandasının baş məşqçisi Qonsalo Qarsiya qarşılaşmanı şərh edib:
"Çətin oyun oldu. Komandam oyuna bir az qorxaq başladı. Rəqib bundan istifadə etdi və hesabı açdı. İkinci hissədə daha yaxşı oynadıq. Ümumi olaraq oyundan razıyam. Gözlədiyim yaxşı "Zirə"ni gördüm. Uzun müddətdir ki, eyni məşqçi ilə çalışırlar. Onlar nə istədiklərini yaxşı bilir. Müdafiədən hücuma yaxşı keçirlər. Cavab oyununda qələbə qazanmağa çalışacağıq ki, oyun penaltilərə getməsin. Öz oyun üslubumuz var. Bu gün bəzi epizodlarda bunu göstərə bildik".
Qeyd edək ki, cavab matçı bir həftə sonra Xorvatiyada oynanılacaq.