AZ

"Zirə" çox təhlükəli rəqibdi" - "Hayduk"un baş məşqçisi

"Hayduk" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə"nin meydanında heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Qonzalo Qarsiya oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyunu necə şərh edə bilərsiz?
- Çətin oyun oldu. Komandam həyəcanlı idi. "Zirə" bizi ilk fürsətdə cəzalandırdı. İkinci hissədə oyuna daha yaxşı nəzarət etdik. Hesabı bərabərləşdirdik. Matçdan razı qaldım.

- Matçdan əvvəl rəqibi analiz etmişdiz. Həmin "Zirə"yə meydandakı "Zirə" arasında hansı fərqləri gördüz?
- Ciddi fərq görmədim. Gözlədiyim "Zirə" idi. Komanda uzun müddətdi eyni baş məşqçiylə çalşır. "Zirə" çox təhlükəli rəqibdi.

- "Zirə" ötən mövsüm "Osiyek"lə qarşılaşmış və penaltilər seriyasında bu rəqibi mübarizədən kənarlaşdırmışdı. "Hayduk"un bu aqibəti yaşamaması üçün nə edəcəksiz?
- Qəbələ qazanmağa çalışacağıq (gülür). Öz oyun üslubumuz var. Bugünkü oyunda da həmin üslubu göstərə bildik. Həmişə istəyirik ki, oyuna nəzarət edən tərəf biz olaq. Matçın ritmi yüksək olsun.

- "Hayduk" "Zirə"ni keçə bilməsə, bunu normal qarşılayacaqsız, yoxsa faciə sayacaqsız?
- Bu futboldu. Yola davam edəcəyik. Bu komandada yeniyəm. Nələrisə dəyişməyə çalışırıq. Məğlubiyyəti faciə saymayacağıq.

KƏNAN BAHADIR

Seçilən
118
football-plus.az

1Mənbələr