AZ

Türkiyə 40 ədəd “Eurofighter Typhoon” alır -

Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyənin 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almaqla bağlı müraciətinə müsbət cavab verib. Türkiyə Müdafiə Nazirliyi artıq razılaşmanın imzalandığını açıqlayıb.Metbuat.az "Haber Qlobal"a istinadən xəbər verir ki, Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri İstanbulda keçirilən IDEF-2025 sərgisi çərçivəsində görüşüb. Görüşdə NATO çərçivəsindəki əməkdaşlıq, hərbi-sənaye və təhlükəsizlik sahələrində əlaqələrin gücləndirilməsi müzakirə olunub. Əsas müzakirə mövzularından biri Türkiyənin “Typhoon” proqramına mümkün qoşulması olub. Bu, Ankaranın hava hücumundan müdafiə imkanlarını artırmaqla yanaşı, NATO daxilindəki mövqeyini də gücləndirəcək.Tərəflər görüşün sonunda Ortaq Anlaşma Memorandumu imzalayıb. Sənəd Türkiyənin proqramda tamhüquqlu iştirakına yol açacaq.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
11
metbuat.az

1Mənbələr