Şuşaya ayaq basan hər kəs Gövhər ağa məscidini görməyi, yaxud orada namaz qılmağı özünə az qala borc bilir. Bu səxavətli xan qızı haqqında dillərdə dolaşan xeyli söhbət və rəvayətlər var. "Qarabğnamələr"də də ondan söz edilib, daha doğrusu, onlardan birində - Baharlının "Əhvlati-Qarabağ"ənda.
Yenisabah.az xəbər verir ki, tarixi salnamədə deyilir:
"Və bir də mərhum İbrahim xanın bir qızı da mərhum Gövhər ağa idi. O da əvvəl qız vaxtı Şəki xanına gedibdir. Elə ki o ölüb, gəlib yenə öz əmisi oğlu Xankişi bəyə getmişdi. pizza sifarişi
O da öləndən sonra ta ərə getmədi və övladı yox idi. Amma öz axirəti üçün yaxşı binagüzarlıq etdi. Əlavə öz səyilə hamı üçün yaxşı fikir çəkdi. Belə ki, həmən bu iki qitə məscidi-camelərinin hər birini iki dəfə təmir edib və neçə kəndlər və dükanlar və karvansaralar bu məscidlərin barəsində vəqf edib ki, kəndlilərin mədaxili bu iki məscidicamelər üçün məsrəf olsun. Məscidin həyətində azarlıxana təmir elədib ki, qərib adamlar naxoş olan vaxtda orada yatsın və müalicə olunsun.
Hərgah ölsə, o adamın tədarükün görüb dəfn eləsinlər. Yenə hərgah qala əhlindən fağır və kasıb olsa, onları da xərc çəkib, dəfn edələr. Bir də o tüllablar ki, elm oxuyurlar, onlar üçün çırağ və həftədə iki dəfə çörək versinlər. Mücavirlərə və müəzzibinlərə məvacib qərar edibdir. Yenə özü və ata və ana və sair övladları üçün hər il Ramazan və Şaban ayında Quran oxunsun. Və əlli-altmış xətmi-Quran oxutsunlar və hər ildə həmən ehsan aylarında üç gün ehsan versinlər. Bu günə vəsiyyətlər iki böyük daşlara həkk olub və məscid divarına nəsb elədib. Sair mətrukatın və müxəllifatın Həsən ağa Süleyman xan oğluna hiybə edibdir. Allah rəhmət eləsin o kimsələrə ki, Allah yolunda və füqəranın barəsində vəsileyi-irhamın haqqında bu günə binagüzarlıq ediblər. Xüsusən bu mərhumə.
Yenə Gövhər ağa bu qədəri mətrukat vəqf edəndən sonra və iki qitə məscidi-camelərinin hər birisini iki dəfə təmir edəndən sonra ki, hər birinin xərci dünya pul aparıb. Bunlardan əlavə yüz min manat pul cəm etmişdi ki, özü ilə aparıb Kərbəlayi-müəllada məsrəf edəydi. Əcəl aman vermədi. Burada mərhum oldu.
Bir neçə ay məsciddə dəfh etdilər qaldı. Sonra neçə nəfər mötəbər adam ki, özü vəsiyyət etmişdi apardılar Kərbəlayi-müəllayə və orada dəfn olub və üstə bir bab məqbərə bina ediblər. Neçə nəfər tullab təyin ediblər ki, nə qədər dünya var, onun üstə gecə və gündüz Quran oxusunlar. Onlar üçün məvacib qərar ediblər. O pul ki, buradan aparmışdılar, o pak olan məqamda karvansara və hamam təmir ediblər ki, onların mədaxili imam əleyhissəlamə və bu mərhumənin özünə məsrəf olsun. Bu günə binagüzarlıq öz axirətin barəsində edib. Allah qəbul eləsin.
Bir də bu mərhumənin neçə qaydası var imiş. Belə ki, ona əvvəla həmişə füqəranı müraat edirmiş və həmişə yük-yük baratı üləmalara və sair kasıb olan adamlara ki, abırlı kişilər imiş gələrmiş. Əlavə hər gecə neçə nəfər nökər götürüb yanınca bir para füqəraların evlərini gəzərmiş və onlara pul paylarmış. Onların əhvalatlarından xəbərdar olub, həmişə barat göndərərmiş və hər evə ki, güzarı düşərmiş, o ev sahibinə bərk tapşırarmış ki, məbada mənim buraya gəlməyimi bir adama deyəsən. Gərək pünhan qalsın. Heç kimsənə bilməsin. Qərəz, həmişə fağır və füqəranın fikrində olan adam imiş. Allah rəhmət eləsin".
Telegram kanalımız