AZ

Rəşad Sadıqov: “Qələbə qazanmaq istəyirdik, alınmadı”

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Hayduk”la (Xorvatiya) heç-heçə edib – 1:1.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov “CBC Sport”a açıqlamasında oyunu dəyərləndirib:

“Bir anlıq boşluq verdik və ondan istifadə etdilər. Ustalıqla qol vurdular. Futbolçularım sona qədər mübarizə apardılar. Onlarla qürur duyuram. Qələbə qazanmaq istəyirdik, alınmadı. İndi cavab oyununu gözləyirik”.

Mütəxəssis görüşün birinci hissəsində zədələnən Brahim Konatenin cavab oyununda oynamamaq ehtimalının olduğunu deyib:

“Görünən odur ki, Konate oynamayacaq. Heyətlə bağlı ciddi sıxıntı yaşayırıq. Əlimizdə olan imkanlardan düzgün istifadə etməyə çalışacağıq”.

Seçilən
39
futbolpress.az

1Mənbələr