AZ

"Liverpul"un keçmiş vingeri Premyer Liqamızda - SON DƏQİQƏ

Sam Durrant.

O, artıq «Karvan»ın futbolçusudur.

Yevlax klubu ingiltərəli vingerlə müqavilə imzalaıb. 23 yaşlı yarımmüdafiəçi ilə bağlanan kontraktın müddəti 1 ildir.

Onun uşaq-yeniyetməlik illəri «Everton», «Liverpul» və «Blekbörn Rovers»də keçib.

Peşəkar karyerasına isə sonuncuların sıralarında start verib. 2022/23-cü illəri «Şeffild Unesdey»də başa vurub.

Daha sonra İrlandiyaya yollanaraq, «Dundalk»la anlaşıb. 2025-ci ilin ilk yarısında isə Uelsdə «Konnahs Quay Nomads»ın uğurları üçün tər töküb. \\SPORTİNFO.AZ

Seçilən
116
hurriyyet.az

1Mənbələr