AZ

AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...


İlham Şaban: "Son 3 ildə Rusiyanın xam neft satışından gəlirləri təxminən 2,5 dəfə azalıb"

Bloomberg xəbər verir ki, neft treyderləri Hindistanın 49%-i "Rosneft"-ə məxsus olan "Nayara Energy" neft şirkəti ilə iş görməkdən imtina etməyə başlayıblar.

Səbəb Aİ-nin yeni sanksiyaları olub. "Rosneft" şirkəti zavodun onun tərəfindən idarə edildiyini inkar edir.

Gəmi sahibləri və neft treyderləri Hindistanın “Nayara Energy” neft şirkəti ilə əməkdaşlıqdan imtina etməyə başlayıblar, bunu Amerikanın “Bloomberg ” agentliyi iyulun 22-də bildirib .

Bloomberg-in məlumatına görə, iyulun 20-də ən azı bir tanker şirkətin Hindistanın Vadinar limanındakı neft emalı zavodundan yanacaq götürməkdən imtina edib. Gəmi Marşal adaları bayraqlı "Talara" gəmisidir. Sərəncam iyulun 18-də, Aİ-nin 18-ci sanksiyalarının qəbul edildiyi gün ləğv edilib. Brokerlər deyirlər ki, gəmi sahibləri "Nayara" ilə iş görməkdən çəkinirlər, istər orada istehsal olunan yanacağın ixracı, istərsə də oraya xam neft göndərilməsindən imtina ediblər.

Vadinar neft emalı zavodu ildə 20 milyon ton xam neft emal edən Hindistanda ikinci ən böyük neft emalı zavodudur . "Nayara Energy" həmçinin Hindistanda 6750 yanacaqdoldurma məntəqəsinin sahibidir.

"Rosneft" 2017-ci ildə NEZ-in payını 12,9 milyard dollara alıb. Bloomberg-in daha əvvəl xəbər verdiyi kimi, şirkət sanksiyalara görə mənfəətini Rusiyaya köçürə bilmədiyi üçün payını satmaq istəyib. AB sanksiyaları satışı çətinləşdirəcək.

Hindistan hökuməti də Aİ-nin cəza tədbirlərinə qarşı çıxıb. "Biz Avropa İttifaqının elan etdiyi son sanksiyaları qeyd etmişik. Hindistan heç bir birtərəfli sanksiyaları dəstəkləmir", - ölkənin Xarici İşlər Nazirliyi iyulun 18-də bildirib.

Yəni Hindistanın ikinci neft emali zavodu Vadinar "Rosneft"lə əməkdaslığa görə Aİ sanksiyasına məruz qaldı - müştərilər onun xidmətindən imtina edir.

Bu, Rusiya iqtisadiyyatına ciddi zərbə sayıla bilərmi?

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında neft məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, əlbəttə, bu, Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyəcək: "İndiyə qədər hesab edirdilər ki, Rusiyanın enerji sektoruna ümumi sanksiyalar qoymaq, Rusiya neftinin tavan qiymətini muəyyənləşdirmək kifayətdir. Rusiya isə bu sanksiyalardan müəyyən yollarla yayına bilirdi. Amma indi sanksiyalar Rusiyanın neft ixracatı ilə məşğul olan "kölgə donanmasına", onunla əməkdaşlıq edən Hindistanın ildə 20 milyard ton neft emalı gücünə malik "Nayara Energy" şirkətinin Vadinar neft emalı zavoduna tətbiq edilib. Zavod Avropadakı müştərilərini bir günün içində itirdi. Bu zavodun gəlirlərinin 49 faizi Rusiyanın dövlət büdcəsinə köçürülürdü. Düzdur, son zamanlar bu vəsaitin Rusiyaya köçürülməsi də Hindistan tərəfi üçün problemə çevrilmişdi.

2019-2022-ci illərdə Rusiyanın xam neft satışından gələn gəliri 220-240 milyard dollar təşkil edirdi. Lakin hazırda Rusiyanın xam neft ixracatından gəlirləri, həm ixracat həcminin azalması, həm də qiymətin ucuzlaşması nəticəsində azalaraq illik 100 milyard dollardan aşağı bir həddə gəlib çatıb. Son 3 ildə Rusiyanın xam neft satısindan gələn gəlirləri təxminən 2,5 dəfə azalıb. Aİ-nin tətbiq etdiyi 18-ci sanksiyalar paketinin tətbiqi nəticəsində Rusiyanın neft ixracatından gələn gəlirləri bir qədər də azalacaq. Hər il Hindistan Rusiyadan milyon tonlarla neft alib emal edir, bir hissəsini Rusiyanın özünə, digər hissəsini isə region ölkələrinə satırdı. İndi Hindistan Aİ-nin sanksiyalarının qorxusundan bu il Rusiyadan xam neft almaqdan imtina edib. Bu il tətbiq edilən sanksiyaların təsiri altinda Rusiyanın gəlirləri daha da azalacaq".

Akif NƏSİRLİ

Seçilən
98
baki-xeber.com

1Mənbələr