"Həmid-95" Firmasının sahibinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Valyuta.az-ın məlumatına görə, buna səbəb şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 21242,45 manat vergi borcunun olmasıdır.
Məhkəmənin qərarı ilə, firmanın qanuni təmsilçisi, 1969-cu il tarixdə Baki şəhərində doğulmuş Firudin Qasımov Hüseyn oğlunun vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Sabiq İsbəndərli