Bu gün Almaniyanın Münxen şəhərində qadınlar arasında basketbol üzrə Avropa Çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, püşkün nəticələrinə əsasən yığmamız E qrupunda mübarizə aparacaq. Qrupda milli komandamızın rəqibləri Monteneqro, Ukrayna və Bolqarıstan yığmaları olacaq.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalarla yanaşı, ən yaxşı 3-cü pillənin sahibi olan 3 komanda da əsas seçmə mərəhələyə vəsiqəni təmin edəcək. Qadın yığmamız birinci seçmə mərhələdəki ilk qrup oyununu 2025-ci il 12 noyabr Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Avropa Çempionatının (Eurobasket 2027) final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada baş tutacaq.