Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dövlət xərclərinin təcili auditinin aparılacağını bəyan edib.
APA xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında yayımladığı videomüraciətində məlumat verib.
"Bu gün mən bürokratik prosedurların azaldılması və dövlət xərclərinin dərhal auditinin aparılması ilə bağlı fərman imzaladım", – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, hökemətdən auditin nəticələrinin bir ay ərzində təqdim olunması tələb olunur.
Prezident əlavə edib ki, Ukraynanın müdafiəsinə mümkün qədər çox dövlət vəsaiti yönəldilməlidir.