AZ

İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...


Məcud Cavad Araz: "İranın əsas hədəfi Azərbaycanla Türkiyənin əlverişli coğrafi məkanda quru və dəmir yolu vasitəsilə birləşməsinə və Azərbaycanın Türkiyə üzərindən qısa yolla Avropaya çıxışına əngəl törətməkdir"

Biz üçüncü tərəflə bağlı məsələləri gündəmə gətirmək niyyətində deyilik, lakin vurğulayırıq: Zəngəzur da daxil olmaqla, regionda heç bir tranzit marşrutu İranın həssas və mühüm maraqları nəzərə alınmadan həyata keçirilə və dayanıqlı ola bilməz.

Bunu İranın Ərdəbildən olan deputatı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sudeif Bədri deyib.

Zəngəzur dəhlizində İranın "həssas və mühum" maraqları nədən ibarətdir?

Siyasi şərhçi Məcid Cavad Araz baki-xeber.com-a açıqlamasında bildirdi ki, İranın bu məsələdə həssas və mühüm maraqları NATO-nun Zəngəzur dəhlizi vasitəsilə Cənubi Qafqaza və Xəzər dənizinə çıxış əldə etməməsi, özünün Ermənistan üzərindən Avropaya ticarət yolunun açıq olmasıdır: "Amma İran rəsmiləri bəyanatlarında da tez-tez vurğulayırlar ki, burada rəsmi Tehranın maraqlari heç də ticarət məsələsi deyil. Hamıya bəllidir ki, Ermənistan üzərindən Avropaya gedən yol yox dərəcəsindədir. Ən azı, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin məhdud imkanları buna sərait yarada bilmir. Üstəgəl, Gürcüstan üzərindən yalnız dəniz yolu ilə çıxış mümkündür. Yəni Ermənistan üzərindən Avropaya çıxış məsələsi İran üçün bir bəhanədir. İranın əsas hədəfi Azərbaycanla Türkiyənin əlverişli coğrafi məkanda quru və dəmir yolu vasitəsilə birləşməsinə və Azərbaycanın Türkiyə üzərindən qısa yolla Avropaya çıxışına əngəl törətməkdir. Digər tərəfdən, İran Türkiyənin Azərbaycan və Xəzər üzərindən Orta və Mərkəzi Asiyanın türk dövlətləri ilə daha əlverişli əlaqələr yaratmasını, "türk zolağı"nın bütövləşməsini istəmir. Bununla yanaşı, İran Azərbaycan üzərindən keçəcək, Çinlə Avropani birləşdirməsi nəzərdə tutulan Orta dəhlizin cəlbediciliyinin artmasını istəmir. Çünki bundan həm də İranın müttəfiqi olan Çin yararlansa da, digər benefisiarların hamısi rəsmi Tehran üçün arzuolunmaz ölkələrdir. Ona görə də Zəngəzur dəhluzinin açılması İranin geosiyasi maraqlarına uyğun gəlmir. İran hökuməti düşünür ki, turk dünyasının bütövləsməsi onun ərazi bütövlüyünə böyük təhlükədir. Çünki İran əhalisinin yarıdan çoxu, əsasən də Güney Azərbaycan bölgəsində, türk xalqlarıdır. Tehran hakimiyyəti düsünür ki, turk dunyasınin bu cur bütövləşnəsi Güney Azərbaycan məsələsini qabarda bilər və bu da İran dövlətini parçalayar. İranın Zəngəzur dəhlizi qayğısi məhz bu məsələ ilə bağlıdır. Qalan digər məsələlər bəhanədən başqa bir şey deyil".

Akif NƏSİRLİ

Seçilən
43
baki-xeber.com

1Mənbələr