AZ

Goranboyda tikinti materialları mağazası yanır

Goranboyda tikinti materialları mağazası yanır.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

Tikinti materialları mağazasında başlamış yanğının söndürülməsi üçün əraziyə FHN-nin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
62
6
report.az

10Mənbələr