AZ

Elmar Baxşıyev: “Təcrübəsiz görünə bilərik, amma…”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Aris”lə ilk oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Elmar Baxşıyev matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunun mahiyyətini hamı dərk edir. Matça yaxşı hazırlaşmışıq. Ümidliyik, inamlıyıq. Futbolçularım sabah meydanda ən yaxşısını etməyə çalışacaqlar. Yaxşı komandayıq. Təcrübəsiz görünə bilərik. Amma komandam özünə inanır. Yaxşı hazırlıq keçmişik. Daha artığını etməyə gücümüz var.

Komandamız Konfrans Liqasında yeni ola bilər. Amma heyətdə olan futbolçular dəfələrlə belə yarışlarda iştirak ediblər. Yaxşı oyunçulara sahibik.

Sərəncamımda olan futbolçuların hamısını mən bəyənmişəm. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Yoxlama oyunlarında öz ustalıqlarını göstərməyə çalışırdılar. Uyğunlaşma baxımından heç kimin sıxıntısı yoxdur.

Azarkeşlərə nə demək istəyərdim? Bizi dəstəkləsinlər. Onları sevindirməyə çalışacağıq”.

“Araz-Naxçıvan”ın kapitanı Ürfan Abbasov da mətbuat konfransında fikirlərini bölüşüb:

“Sabah bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, müsbət nəticə qazanacağıq. Rəqibi təhlil etmişik. Baş məşqçimiz onların zəif və güclü tərəflərini bizə başa salıb. Rəqibin zəif nöqtələrindən istifadə etməyə çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Türkiyədə Super Liqa təmsilçiləri ilə oynadıq. Yetərincə güclü komandalar idi. Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq”.

Seçilən
35
arena.az

1Mənbələr