AZ

Səhər acqarına edilən

Səhərlər etdiyimiz kiçik görünən vərdişlər, gün ərzində bədənimizin fəaliyyətinə, enerjiyə və ümumi sağlamlığa birbaşa təsir edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, səhər acqarına edilən bəzi davranışlar uzunmüddətli dövrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Metbuat.az səhərlər tez-tez edilən, lakin qida sistemi, qan şəkəri və psixoloji vəziyyətə mənfi təsir göstərən üç əsas səhv barədə məlumatı təqdim edir: Acqarına qəhvə içmək Səhər gözünü açan kimi birbaşa qəhvəyə üz tutanlar az deyil. Lakin acqarına içilən qəhvə mədə turşusunun ifrazını artırır, nəticədə mədə qıcıqlanması, ürəkbulanma, hətta qastrit və mədə xorası risklərini artırır. Qəhvədəki kofein həmçinin stres hormonlarının səviyyəsini qaldıraraq narahatlıq və əsəbilik hissi yarada bilər. Əgər qəhvədən imtina etmək çətindirsə, onu səhər yeməyindən sonra, yüngül qidalanmadan 15–20 dəqiqə sonra qəbul etmək tövsiyə olunur. Səhər ilk iş siqaret çəkmək Siqaret ümumilikdə orqanizmə zərərlidir, lakin acqarına siqaret çəkmək bu zərərləri daha da ağırlaşdırır. Səhərlər nikotinin təsiri bədənə ikiqat güclü şəkildə təsir edir, bu da qan təzyiqinin yüksəlməsi, mədə selikli qişasının zədələnməsi və ürək-damar sisteminə yük deməkdir. Siqaret həm də iştahanı azaldır və günün qalan hissəsində düzgün qidalanma rejimini pozur. Mütəxəssislər səhər saatlarında siqaretdən uzaq durmağın vacib olduğunu vurğulayırlar. Yemək yemədən evdən çıxmaq “Səhər iştaham yoxdur”, “vaxtım çatmır” deyib heç nə yemədən evdən çıxmaq çox yayılmış, lakin təhlükəli vərdişdir. Acqarına uzun müddət qalmaq qan şəkərinin sürətlə düşməsinə, enerji çatışmazlığına, konsentrasiya və diqqət problemlərinə səbəb ola bilər. Bundan əlavə, bədən uzun müddət qidasız qaldıqda metabolizma yavaşlayır və yağ yığımı artır. Bu isə arıqlamaq istəyənlər üçün əks nəticə yaradır. Hətta bir dilim çörək, qaynadılmış yumurta və ya meyvə ilə günə başlamaq belə bədəni aktivləşdirə bilər.

Səhərlər etdiyimiz səhvlər bəzən illərlə hiss olunmasa da, tədricən orqanizmə mənfi təsir göstərir. Qəhvəni yeməkdən sonra içmək, siqaretdən uzaq durmaq və az da olsa səhər yeməyi qəbul etmək sadə, lakin həyati dərəcədə vacib dəyişikliklərdir. Çünki, bədəninizin səhər aldığı enerji, gün ərzindəki fəaliyyətinizin əsasını təşkil edir.

phrase_var_article.chosen
10
metbuat.az

1phrase_var_article.sources