Azərbaycanda ali təhsil və doktorantura səviyyəsində təhsil alan tələbələrə aylıq dövlət təqaüdləri ödənilir. Metbuat.az-ın məlumatına görə, təqaüd məbləğləri təhsil pilləsi və tələbənin akademik göstəricilərindən asılı olaraq fərqləndirilir: Bakalavriat səviyyəsi üzrə: - Akademik göstəriciləri 91–100 bal olan tələbələrə 175 manat; - 71–100 bal arası nəticə göstərənlərə 145 manat; - 51–100 bal arası göstəricilərə sahib olanlara isə 100 manat məbləğində aylıq təqaüd verilir. Magistratura səviyyəsi üzrə: - Akademik göstəriciləri 91–100 bal olan tələbələr 195 manat; - 71–100 bal arası olanlar 160 manat; - 51–100 bal arası nəticə göstərənlər isə 110 manat təqaüd alır. Doktorantura pilləsi üzrə təqaüdlər: - Elmlər doktoru hazırlığı üzrə doktorantlara 400 manat; - Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara isə 240 manat aylıq təqaüd ödənilir. Sevinc İbrahimzadə / Metbuat.az