Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ vahid turist vizası tətbiqinə razılaşıb. "Birgə Turist Vizası" adlandırılan sistem sayəsində turistlər yalnız bir müraciətlə altı Körfəz ölkəsinə səyahət edə biləcəklər.
News24.az xəbər verir ki, Avropa İttifaqının Şengen vizasına bənzər şəkildə hazırlanan bu sistemin 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində qüvvəyə minməsi planlaşdırılır. Yeni viza yalnız turizm, qısa müddətli səfərlər və ailə/qrup ziyarətləri üçün keçərli olacaq.
Müraciətlər vahid rəqəmsal portal üzərindən ediləcək və viza müddətinin 30-90 gün arasında olması nəzərdə tutulur. Yeni sistemlə həm bürokratik əngəllər azalacaq, həm də bölgə turizminə ciddi təkan veriləcək.
Xeyrənsə Piriyeva