AZ

Rayan Senhadji “Sumqayıt”da

Rusiyanın “Fakel” klubunun əslən Əlcəzairdən olan fransalı mərkəz müdafiəçisi Rayan Senhadji bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

28 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Senhadji “Sumqayıt”la 2+1 illik müqaviləyə imza atıb. Müdafiəçi yeni komandasında 72 nömrəli formada çıxış edəcək.

Fransanın “Soşo” klubunun yetirməsi olan Rayan Senhadji karyerası ərzində “Bezye”, “Montana”, “Yammerburq”, “Kabiliya”, “Pirin”, “Krumovqrad” kimi komandalarda da forma geyinib. O, ötən mövsümün əvvəlindən çıxış etdiyi Voronej “Fakel”ində 35 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Sumqayıt” daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu da heyətinə qatmışdı. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın və Alan Dias komandanı tərk ediblər. İsa Sulimanla Roi Kehat isə yeni müqaviləyə imza atıblar.

Seçilən
30
arena.az

1Mənbələr