AZ

Suriya Ankaraya rəsmi müraciət etdi: Müdafiə qabiliyyətinin gücləndirilməsində Türkiyədən dəstək istəyir

Suriya hökuməti Türkiyəyə rəsmi şəkildə müraciət edərək, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və xüsusilə DEAŞ terror təşkilatına qarşı mübarizədə dəstək göstərilməsini istəyib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.

Açıqlama Türkiyənin İstanbul Sərgi Mərkəzində keçirilən IDEF 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində təşkil olunan mətbuat konfransından sonra jurnalistlərə təqdim edilib.

“Bu tələblə əlaqədar olaraq, Suriyanın müdafiə qabiliyyətinin artırılması məqsədilə təlim, məsləhət və texniki dəstəyin göstərilməsi istiqamətində işlərimizi davam etdiririk”, – deyə nazirlik nümayəndələri bildiriblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr