AZ

“Gizli Bakı”da daha bir görüş: Suriya və İsrail kəşfiyyatçıları yenidən Azərbaycanı seçdi

İsrail və Suriya rəsmiləri Cümə axşamı Azərbaycanın paytaxtı Bakıda görüşəcəklər.

Yenisabah.az national-a istinadla xəbər verir ki, bu barədə yüksək rütbəli diplomatlar danışıb.

ONlar Suriyanın cənubunda druzların çoxluq təşkil etdiyi Əs-Suveyda bölgəsində gedən döyüşləri müzakirə etmək niyyətindədir. pizza mizza

Bundan əvvəl "Axios" ABŞ-nin Suriya və Türkiyədəki səfiri Tom Barrakın coğrafi məkanı dəqiqləşdirmədən görüşü təşkil etdiyini bildirmişdi.

2 diplomat bildirib ki, Bəşər Əsədin devrilməsindən sonra Suriya hökumətinin ən nüfuzlu dəstəkçisi olan Türkiyənin rəsmiləri də ABŞ rəsmiləri ilə birlikdə Bakıda olacaq.

Mənbələr bildiriblər ki, danışıqlarda əsas diqqət Suriyanın cənubu və daha geniş sülh razılaşması potensialı olub.

Xatırladaq ki, Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaranən Bakıya sıfıri zamanı da oxşar danışıqlar keçirilib.

Azərbaycanda ilk təmaslar isə aprel ayında baş tutub.


Telegram kanalımız
Seçilən
10
1
yenisabah.az

2Mənbələr