Şabranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında Şabran şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
"Daewoo" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində divara çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 24 yaşlı Ramazan Süleymanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı yaralanan sərnişinlər - Kamal Əhmədov və Ümid Kərimov isə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.