Banyan Tree Dubai - yeni bir sevgi hekayəsinin başlanğıcı
Bluewaters adasında, şəhərin səs-küyündən uzaqda yerləşən Banyan Tree Dubai nadir hallarda rast gəlinən sakitlik və tənhalıq hissini bəxş edir – bu, duyğusal evlilik təklifi üçün ideal mühit yaradır. Axşam sahildə gəzişmək, açıq havada iki nəfərlik şam yeməyi, Fars körfəzinə açılan panorama, hovuz kənarında səssiz axşamlar - burada hər bir məkan gözəllik və rahatlıqla nəfəs alır, həyatınızın ən vacib anları üçün fon yaradır.
Xüsusi atmosferi detallar daha da gücləndirir: iki nəfərlik spa prosedurları, su kənarında fərdi şam yeməyi və sizin adınızdan danışan xidmət - Banyan Tree şəxsi hekayələri unudulmaz mərasimlərə çevirməyi bacarır. Otelin komandası məmnuniyyətlə hər şeyi təşkil edə bilər: güllərdən tutmuş nömrədəki dekora, günbatan çağında romantik şam yeməyinə və ya canlı musiqiyə qədər. Banyan Tree Dubai-də evlilik təklifi üçün saysız-hesabsız ssenarilər mövcuddur: Alizée restoranında rahat nahar, Tocha-da çay dəstgahı və ya Demon Duck restoranında ulduzların altında şam yeməyi. Sizə isə sadəcə uyğun anı seçmək və bircə sual vermək qalır.
Delano Dubai — Fars körfəzi sahilində dəb dolu sevgi etirafı
Əgər həmişəlik yadda qalacaq bir evlilik təklifi arzulayırsınızsa, Delano Dubai romantika və estetikanın vəhdət təşkil etdiyi məkandır. Bu otel Bluewaters adasında yerləşir və inanılmaz romantik ssenarilər təklif edir: günəşin batması zamanı Blue Door restoranında yaşıllıqlar və gözoxşayan işıqlar arasında şam yeməyi, qızılgül ləçəkləri ilə örtülmüş sahildə gəzinti və ya penthausun terrasından Fars körfəzinə baxaraq səmadakı ulduzların altında sevgi etirafı. Otelin interyerində minimalist lüks abu-havası hökm sürür, otelin restoran və konsyerj komandası isə sizin axşamın unudulmaz olması üçün hər detalı düşünməkdə sizə yardımçı olacaqlar: canlı musiqi və xüsusi kokteyllərdən tutmuş Rose Bar-da və ya su kənarındakı fərdi kabinədə xüsusi masaya qədər. Burada hər şey ən önəmli sözlərin gözəl, səmimi səslənməsi və bütün ömürboyu yadda qalması üçün təşkil olunub.
Buahan, a Banyan Tree Escape, Bali — iki nəfərlik harmoniya
Buahan, a Banyan Tree Escape sadəcə, bir otel deyil, bu, meşələr, dağlar və səssizlik içində sevgisini etiraf etmək istəyənlər üçün gizli bir kainatdır. Ubudun şimal hissəsində yerləşən bu məkan tamamilə təbiətə və daxili harmoniya dalğınlığına həsr olunub: burada nə divarlar, nə də qapılar var, 16 fərdi balé villa mənzərə ilə harmoniya içində itir. Bali adasının yeddi müqəddəs dağına açılan panorama, Ayung çayının səsi, meditasiya çığırları - sanki hər şey “indi və burada” deyir.
Axşamlar - ulduzlar altında şam yeməyi, səhərlər — balili şəfaçılarla Toja Spa ritualları, gün ərzində gizli şəlalə marşrutları və yerli icmaların qoruyub saxladığı mərasimlər və tam sakitlik. Otel komandası evlilik təklifi anını təşkil etməyə kömək edəcək: nömrəyə güllərdən tutmuş qədim ağac altında xeyir-dua ritualına qədər hər şey yerləşdiriləcək. Buahan - “bəli” sözünün meditasiya kimi səsləndiyi ideal məkandır.
ZEM Wellness Clinic Altea
Təsəvvür edin: Aralıq dənizi mənzərələri, təmiz dəniz havası və romantika və harmoniya ilə dolu rahat mühit. ZEM Wellness Clinic Altea - toy arzularınızın gerçəyə çevrildiyi yerdir. Burada təkcə unudulmaz evlilik təklifi etmək yox, həm də xüsusi gününüzün hazırlığına sağlamlıq proqramı ilə başlaya bilərsiniz.
ZEM Wellness Clinic Altea müasir texnologiyaya malik Zem Clinic-lə harmoniya təşkil edir: 4000 m² sahəyə malik ZEMness Wellness & SPA, 95 lüks otaqlı ZEM Hotel, rahat SALVIA restoranı və 75 000 m²-lik üzvi bağ ilə birləşir. Bu bağ klinikadan cəmi 7 km uzaqda yerləşir, restorana təzə məhsullar təqdim edir və təbii mühiti daha da dərinləşdirir.
ZEM Wellness Clinic Altea unikal bərpa və harmoniya proqramları təklif edir. Hər bir qonağa fərdi yanaşma ilə yanaşaraq sağlamlıq və gözəllik sahəsində mükəmməl qayğı göstərir. Bu, canlı peyzajın fonunda cütlüklər üçün birgə istirahət, relaks və mühüm hadisələrə hazırlıq üçün ideal məkandır.
Sizin özünüzə və yaxınlarınıza sevgi və qayğının birləşdiyi yer, ən xoşbəxt hekayələriniz başlandığı məkan.
İki istiqamət - bir hekayə: JA Resorts & Hotels-dən təklif
Niyə şəhər ritmi ilə ada səssizliyi arasında seçim etməli? JA Resorts & Hotels-in xüsusi təklifi sayəsində sevgi dolu iki fərqli təcrübəni bir səyahətə birləşdirə bilərsiniz. JA Manafaru (Maldiv adaları) və ya JA Enchanted Island Resort (Seyşel adaları) üçün 7 gecə rezervasiya etdikdə, Dubayda səhər yeməyi də daxil olmaqla 2 gecə pulsuz qalmaq imkanı əldə edirsiniz. İstirahət tropiklərdə başlayır, şəhərin qaynar ritmində davam edir - əsl sevgi hekayələri belə doğulur.
Dubayda seçiminiz:
JA Lake View Hotel — yaşıl zonada müasir həyat tərzi oteli. Hovuzlar, qolf, diqqətlə seçilmiş müəllif kokteylləri və türk şərablarından ibarət kolleksiya. Rahat bir verandada bərq vuran işıqlar, ağ-mavi mozaika plitələri və incə dəniz mehinin yaratdığı mükəmməl atmosfer dostlar və yaxınlarla birgə sakit axşamlar üçün ideal məkandır.
Amalfi sahilinin gözəlliyindən və təbii zərifliyindən ilhamlanan Tutto Passa restoranı həm dəbdəbəli, həm də rahat bir məkandır və İtaliyanın günəşli ab-havasını Yaxın Şərqə gətirir. Kinara by Vikas Khanna restoranı isə həm işgüzar səhərlər, həm də dostlarla uzun axşam yeməkləri üçün rahat və zərif bir üslubun atmosferini yaradır.
Romantik başlanğıc üçün Deluxe One Bedroom Terrace Suite geniş terras və qolf sahələrinə açılan panoraması ilə.
JA Ocean View Hotel - JBR-nin düz mərkəzində dənizin içində yerləşən və Fars körfəzinə baxan otel. Burada dəniz həmişə əlçatandır, Il Motto Pizzeria restoranındakı əsl neapolitan pizzası ilə şam yeməyi sadə, amma xoş unudulmaz anlara çevrilir.
JA Hatta Fort Hotel — Həccar dağları ilə əhatələnmiş dağ kurortu. Deluxe Mountain View Room-da səhərləri quş nəğmələrinin sədası altında oyanmaq, fərdi terrasda ikilikdə səhər yeməyi dadmaq olar. Axşamlar isə Jeema restoranında yerli məhsullar sadə, ancaq əsl səmimi qastronomiyaya çevrilir.
JA Enchanted Island Resort, Seyşel adaları
Saint Anne dəniz qoruğunda gizlənmiş xüsusi ada Mahe sahillərindən cəmi bir neçə dəqiqəlik məsafədə yerləşir. Cəmi 11 hovuzlu villası, kreol atmosferi, kayak, adaya ekskursiyalar və palma ağaclarının altında nahar. Burada hər bir an unikal hadisəyə çevrilir. Bütün adanı rezervasiya etmək və evlilik təklifi təklifini həyatınızın unudulmaz anına çevirmək mümkündür.
Burada günlər səssizlik, okean və rahat xoşbəxtliklə doludur. Terrasda səhər yeməkləri, çimərlikdə nahar, sanki yerli təbiətin davamı olan kreol və fransız mətbəxinin təklif olunduğu Bounty restoranında rahat və tələsmədən şam yeməkləri. Bu adaya əsl sevgi anlarını yaşamağa, “bəli” cavabını rahat və səmimi səsləndirmək üçün gəlirlər.
JA Manafaru, Maldiv adaları
Haa Alif atolunda yerləşən tənha bir ada - burada təsadüfi rastlaşmalar və səs-küy yoxdur. Bu kurort sanki dünyadan gizlənmək istəyən iki nəfər üçün yaradılıb. Sahildə və su üzərində yerləşən geniş villalar, qar kimi ağ qumlu çimərliklər və şəxsi batler xidməti – burada hər an yalnız sizə məxsusdur.
JA Manafaru-da günlər məhz siz istədiyiniz kimi keçə bilər: hovuz kənarında günəş altında kokteyllə uzanmaq, dənizdə aktiv istirahət və ya Calm Spa Sanctuary-də ənənəvi Maldiv və Ayurvedik prosedurlar.
Sevgi hekayənizin bir hissəsi olacaq şam yeməyi üçün Ocean Grill restoranını seçin. Restoran düz dəniz kənarındadır. Təzə dəniz məhsulları, ayaqlarınızın altında yumşaq qum və başınızın üstündə ulduzlar evlilik təklifi üçün ideal səhnədir. Xüsusi bir təklif istəyirsinizsə, adanın dərinliyində gizlənmiş The Cellar şərab zirzəmisinə gedin. Vulkanik daş divarlar, dünyanın hər yerindən şərablar və tam məxfilik – bu, şərabların dadına baxmaq və ikilikdə şam yeməyi üçün ən yaxşı yerdir.
JA Manafaru — burada tənhalıq sənətə çevrilir, hər an dad, səssizlik və hisslərlə doludur. Məhz burada və indi sizin yeni “birlikdə”nin başlanğıcı qoyulur.
METT Bodrum
Egey dənizi sahilində yerləşən müasir kurort: burada üslub yüngüllüklə və dəniz küləyi ilə birləşir. Rahatlıq dolu atmosfer - “yalın ayaq lüksü” özünün ən yaxşı formasındadır. Geniş terraslar, su kənarındakı restoranlar, günbata zamanı kokteyllər və ideal məxfilik. Burada tələsməyə ehtiyac yoxdur: səhərlər hovuz kənarında günəş, sahil boyunca gəzintilər, rahat və asta danışıqlar, sakit dalğa səsləri ilə dolu günlər.
Xüsusi an üçün Folie Restaurant & Sea restoranını və Fransanın cənub üslubunda olan gündüz klubunu seçin. Şezlonqların yer aldığı geniş terras, Egey dənizinin sonsuz mənzərəsi, müəllif kokteylləri, DJ musiqisi və yüngül Aralıq dənizi mətbəxi. Burada evlilik təklifi atmosferin bir parçası kimi səslənir.
METT Bodrum - üslub, işıq, dəniz və təkrar-təkrar dönmək istədiyiniz anların hekayəsidir.
Yalıkavak Marina Hotel by Social Living Collection™
Bodrumun ən məşhur yaxta marinasının mərkəzində yerləşən butik otel - burada günün batması ağ qayıqlarda əks olunur, dəniz küləyi isə hər anı qayğısız qlamur abu-havası ilə doldurur. Dizayner interyerləri, rahatlıq və bölgənin ən yaxşı restoranlarına yaxınlıq istirahətiniz üçün münbit mühit yaradır, burada zamanı saxlamaq istəyi yaranır. Bu məkan sizin xüsusi anlarınızın yaxtaların paytaxtı ilə asan vəhdət yarada biləcəyi bir yerdir.
Evlilik təklifi və ya özəl tədbir üçün The Yalıkavak Panoramic Villa-nı seçin: Egey dənizinə baxan villa, şəxsi hovuz və yaxtalar üçün xüsusi limanı olan ideal məkan. Lüks və tənhalığın birləşdiyi bu yerdə dəniz sizə sonsuz görünür. Günü ən yaxşı tamamlamaq dəbli və hər axşamı şoularla dolu olan Nusr-Et Yalıkavak Marina restoranında şam yeməyi etməkdir. Bayram əhval-ruhiyyəsi təamlar təqdim olunmamışdan hələ çox əvvəl başlanır, əfsanəvi steyklər və möhtəşəm xidmət isə bu axşamı sizin üçün unudulmaz edir.
Papillon Hotels, Antalya
Papillon Hotels kurortları komfort, üslub və asudə istirahəti yüksək dəyərləndirən cütlüklər və ailələr üçün yaradılıb. Geniş çimərliklər, baxımlı bağlar, isti və rahat atmosfer, diqqətli xidmət - hər detalda qonaqlara qayğı göstərilir.
Xüsusi anı unudulmaz etmək istəyənlər üçün Papillon Ayscha otelində yerləşən Papillon Presidential Villa mövcuddur - şəxsi hovuz, istirahət zonası və bütün gün ərzində fərdi xidmətlə təchiz olunmuş eksklüziv villa. Bu, toy, bal ayı və ya özəl ailə tədbirləri üçün ideal seçimdir.
Qastronomik səyahət Papillonun vacib hissədir. Qonaqları məşhur aşpaz Andreas Angelidis-in müəllif mətbəxinin dadlı təamlarının müşayiəti ilə qastronomik səyahət gözləyir. Hər bir a la carte restoranda fərqli konsept və menyu mövcuddur.
Uşaqlarla gələnlər üçün Papy Kids və Kids Carnival konsepti təqdim olunur – bu, peşəkar animatorların nəzarəti altında dolğun əyləncələr, müxtəlif oyunlarla dolu proqramlar təşkil edən uşaq klubudur. Valideynlər rahat istirahət edə bilər, axı onların övladları peşəkar animatorların qayğıkeş diqqəti altında olacaqlar.
Papillon Hotels - burada ailə hekayənizi yaratmaq və mühüm anları qeyd etmək asan əla məkandır. Burada qonaqları qarşılayan zaman həmişə “Welcome Back!” deyirlər, çünki hər an bura dönmək istəyəcəksiniz
Sea Breeze Resort
Xəzərin sahilində - küləklər və odlar şəhərində unudulmaz evlilik təklifi qəbul edin!
Dalğaların sakit səsi, şəhərin parlaq işıqları və təmiz dəniz küləyi — bütün bunlar romantik evlilik təklifi üçün ideal bir atmosfer yaradır. Sea Breeze Resort — sevgi arzularının xüsusi parlaqlıq qazandığı yerdir. Burada siz Xəzər sahilinin gözəlliyindən zövq alaraq. dəniz kənarında rahat atmosferdə evlilik təklifi edə və ya toyunuzu qeyd edə bilərsiniz.
Sea Breeze Resort Xəzərin sahilində unikal yeri, müasir və zərif abu-havası ilə romantik anlar üçün ideal şərait yaratmasına görə cəlbedicidir.
Siz burada ən vacib xoş hadisələr üçün nəzərdə tutulan Event Hall-un lüks mühitində toyunuzu təşkil edə bilərsiniz. 1300 m² sahəyə malik peşəkar texnika ilə təchiz olunmuş bu məkanda 500 nəfərlik ziyafət və ya 1000 nəfərlik furşet etmək olar. Peşəkar komanda sizin bayramınızın həqiqətən də möhtəşəm və yaddaqalan olması üçün istənilən dekor konseptini həyata keçirəcək və tədbirin tam qastronomik təşkilatını təmin edəcək
Sea Breeze Resort - burada sevgi küləklərlə, işıqlarla və kontrastla qarşılaşır.