UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üzrə keçiriləcək "Araz-Naxçıvan" - "Aris" oyununun bilet satışı davam edir.
Offsideplus.az xəbər verir ki, 1 və 2 manat qiymətində olan biletlərdən indiyə qədər 600-ə yaxın sayda alınıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov saytımıza açıqlamasında bildirib.
Qeyd edək ki, matç iyulun 24-ü saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Biletlər hər gün saat 10:00-dan 21:00-dək Liv Bona Dea Arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.