Rusiyanı tərk etmiş şəxslər Qərbdə sanksiyalardan yayınmaq üçün Rusiya vətəndaşlığından imtina etməlidirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol jurnalist Yuri Dudyaya verdiyi müsahibədə bildirib.
“Biz, o cümlədən şəxsən mən, istərdik ki, hər bir rusiyalı mühacir öz vətəndaşlığından imtina etsin,” — deyə o qeyd edib.
Diplomatın fikrincə, ölkəni tərk edənlər üçün ikili vətəndaşlıq variantı qəbuledilməzdir.