“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar” Rayan Senhadjini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Rayan son olaraq Rusiyada “Fakel”də forma geyinib. Fransalı oyunçu “Soşo” klubunun yetirməsidir. Müdafiəçi Fransada “Bezyers”, Bolqarıstanda “Montana”, “Pirin”, “Krumovqrad”da da çıxış edib.