AZ

Elmar Baxşıyev: Oyunun mahiyyətini həm futbolçular, həm biz anlayırıq

BAKI, 23 iyul. TELEQRAF

"Oyunun mahiyyətini həm futbolçular, həm biz anlayırıq".

Teleqraf xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev evdə Yunanıstan təmsilçisi “Aris”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis ümidliyik və inamlı olduqlarını bildirib: "Bəlkə də təcrübəsiz görünürük. Amma tam hazırıq. Sabah əlimizdən gələni etməyə çalışacağıq".

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Seçilən
9
teleqraf.com

1Mənbələr