AZ

Bakıda Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri hərbi-texniki məsələləri müzakirə ediblər

Bakı. Trend:

İyulun 23-də müdafiə nazirinin birinci müavini – AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı QüvvələrininBaş Qərargah rəisi general Luçano Portolanonun rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyivə ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızınməzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl”abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmiqarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddənsonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokolauyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qarşılanma mərasimindən sonra keçirilən görüşdəgeneral-polkovnik K.Vəliyev italiyalı həmkarını ölkəmizdə görməkdənməmnunluğunu bildirib. Azərbaycan ilə İtaliya arasında hərbi sahədəmövcud münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən BaşQərargah rəisi qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cürsəfərlərin vacibliyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığınıifadə edən general L.Portolano ölkələrimiz arasında əməkdaşlığınmövcud vəziyyətindən məmnunluq ifadə edib və bunun ordularımızıninkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki,hərbi təhsil sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi,inkişaf perspektivləri və bir sıra digər məsələlər müzakirə edilib.Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinəəminlik ifadə ediblər.

İtaliya nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzinə gəlib.Qonaqlara Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasirsilah sistemi və informasiya texnologiyaları vasitələrininkibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyatakeçirilən fəaliyyətlər, eləcə də kibertəhdidlərə qarşı süniintellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumatverilib.

Sonra qonaqlar Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetməMərkəzinə gələrək burada yaradılmış şəraitlə yaxından tanışolublar. Onlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyətistiqaməti ilə bağlı brifinq təqdim edilib.

Sonda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsiziyarət olunub.

Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü vəşəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə güldəstələri düzülüb.
İtaliyalı nümayəndələrə hərbi hissə haqqında ətraflı məlumatverilib. Qonaqlar hərbi hissə ilə tanışlıqdan sonra XTQmənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarınıizləyiblər.

Məqalədə:
Seçilən
51
28
az.trend.az

10Mənbələr