AZ

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"

Yunanıstan təmsilçisi "Aris"in heyətində güclü futbolçular var.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis Bakıdakı ilk qarşılaşmadan sərfəli nəticə ilə ayırlmaq istədiklərini söyləyib:

"Sabahkı oyunun vacibliyini hər kəs dərk edir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanıram ki, sabah futbolçularımız meydanda ən yaxşısını edəcəklər. Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq".

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

Seçilən
28
report.az

1Mənbələr