AZ

Gürcüstanda saxlanılan Rusiya vətəndaşları aclıq aksiyasına başladı

BAKI, 23 iyul. TELEQRAF

Gürcüstanda iki Rusiya vətəndaşı – Artem Qribul və Anton Çeçin saxlandıqları penitensiar müəssisədə aclıq aksiyası elan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə məhbuslardan birinin vəkili "Tbilisi Life" Telegram kanalına açıqlamasında məlumat verib.

Məlumata görə, hər iki şəxs narkotik vasitələrin saxlanmasında ittiham olunur və hazırda bir neçə gündür ki, aclıq aksiyası keçirirlər. Aksiya iştirakçıları həbsxana şəraitinin yaxşılaşdırılmasını, eyni zamanda media nümayəndələrinin bütün məhkəmə proseslərinə sərbəst girişinin təmin olunmasını tələb edirlər.

Artem Qribul həbsxanadan yayımladığı müraciətində bildirib:

“Tələblərim yerinə yetirilənə qədər mən quru aclıq elan edirəm. Eyni zamanda, Gürcüstandakı bütün vicdan məhbuslarını da bu aksiyaya qoşulmağa çağırıram".

Qeyd olunur ki, Qribul və Çeçin daha əvvəl Gürcüstanda keçirilən hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak ediblər.

Xatırladaq ki, 2024-cü ilin payızında Gürcüstanda narazılıqlara səbəb olan əsas amillərdən biri müxalifət partiyaları və ölkənin beşinci prezidenti Salome Zurabişvilinin, hakim “Gürcü Arzusu” partiyasının seçki nəticələrinə etiraz etməsi olub. Digər mühüm narazılıq isə seçkidən sonra hökumətin Avropa İttifaqına inteqrasiya kursundan geri çəkilməsi ilə bağlı idi.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr