AZ

Peşəkarlıq və vətənpərvərlik: Prezidentdən mediamızın gələcəyi ilə bağlı vacib tövsiyə!

Azərbaycanda Milli Mətbuat Günü yüksək səviyyədə qeyd olunmaqdadır. Milli mediamızın 150 illik yubileyi ilə əlaqədar çoxlu sayda jurnalistin dövlət tərəfindən müxtəlif fəxri adlar və mükafatlarla təltif edilməsi, habelə, respublikamızın hər bir bölgəsində yubiley münasibətilə kütləvi tədbirlərin keçirilməsi dövlətimizin media və jurnalistlərə olan qayğıkeş münasibətindən xəbər verir.

Prezident İlham Əliyev milli mətbuatın 150 illik yubileyi münasibətilə jurnalistlərə ünvanladığı təbrik məktibunda da jurnalistlərin xidmətini yüksək qiymətləndirib, onların Vətən müharibəsindəki əməyindən ayrıca bəhs edib.

Dövlət başçısının məktubunda jrunalistlərə təbiklə yanaşı, onların gələcək fəaliyyəti ilə bağlı da konkret fikir və tövsiyələr yer alıb. Bu tövsiyələrədn biri də peşəkarlıq və vətənpərvərlik xüsusiyyətləri ilə bağlıdır. Dövlət başçısı müraciətində qeyd edib ki, mediamızın gələcək uğuru bir sıra amillərlə yanaşı, həm də peşəkarlıq və vətənpərvərlik faktorundan, onların bu amillərə sadiqliyindən asılıdır:

“Dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır”.

Göründüyü kimi, dövlət başçısı dövlətimizin maraqlarını müdafiə etmək üçün jurnalistlərimizin peşəkarlıqla yanaşı, həm də milli şüur və vətənpərvərliklə “silahlanmasını” zəruri hesab edir.

Bugünəqədərki təcrübə və bu təcrübənin təhlili sübut edir ki, milli maraqların etibarlı müdafiəsi doğrudan da yalnız bu halda – jurnalistlərin peşəkarlıqla yanaşı, həm də öz milli şüuruna, vətəninə, milli-mənəvi dəyərlərinə sadiqliyi qoruduğu təqdirdə mümkündür. Əks təqdirdə, heç bir peşəkarlıq milli maraqları lazımi səviyyədə təmin etməyə, bu maraqları qlobal təhdidlərdən, kənar güclərdən qorumağa qadir deyil.

Doğrudan da, hər bir peşəkarlığın arxasında mütləq vətən sevgisi, xalq məhəbbəti, milli-mənəvi dəyərlərə sonsuz ehtiram hissi olmalıdır. Çünki məhz bu keyfiyyyətlər peşəkarlığı milli maraqların müdafiəsində əsl silaha çevirir. Milli şüur və vətənpərvərlik peşəkarlığa ruh qatır, ona yenilməzlik qazandırır. Buna görə də bütün peşə sahibləri kimi, jurnalistlər də öz peşəkarlıqları ilə yanaşı, həm də milli şüur və vətənpərvərlik keyfiyyətlərini yüksəltməli, milli tarixə və soykökünə bağlı olmalıdırlar.

Əminik ki, mediamız - bu sahənin peşəkarları dövlət başçısının məlum tövsiyəsini lazımınca qiyətləndirəcək, hər zaman olduğu kimi bundan sonra da sadəcə peşəkarlıqları ilə deyil, həm də vətənpəvərlikləri ilə bu vətənin, onun maraqlarının keşiyində dayanacaqlar.

Seymur ƏLİYEV

 

Seçilən
21
moderator.az

1Mənbələr