AZ

Diaspor fəalı Misirdə beynəlxalq müsabiqədə qalib olub

Qahirə, 23 iyul, AZƏRTAC

Misirdə əcnəbi şagirdlərin təhsil aldığı əl-Əzhər liseyinin təşkil etdiyi beynəlxalq İslam mədəniyyəti müsabiqəsində azərbaycanlı gənc, diaspor fəalı Mustafa Nəsirov ümumi biliklər üzrə üçüncü yer tutub.

AZƏRTAC xəbər verir ki, beş mindən çox şagird arasında keçirilmiş bilik yarışında 10 nəfər fərqlənib. Qaliblərə pul mükafatı və şəhadətnamələr təqdim olunub. Birinci və ikinci yerləri uqandalı və nigeriyalı şagirdlər tutub.

Qaliblərin şərəfinə ölkələrinin bayraqları liseyin həyətində ucaldılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
35
6
azertag.az

7Mənbələr