Bakı. Trend:
"Atletiko" yeni transfer gerçəkləşdirib.
Trend xəbər verir ki, bubarədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İspaniya gənclərdən ibarət milli komandasınınmüdafiəçisi Mark Pubill "Almeriya"dan "Atletiko"ya keçib.
190 sm boyu olan 22 yaşlı futbolçu ilə 5 illik müqaviləimzalanıb.
Qeyd edək ki, Mark ötən il İspaniya millisi ilə Paris-2024-ünqalibi olub.