"Araz-Naxçıvan"ın Konfrans Liqasındakı rəqibi "Aris"in baş məşqçisi Marinos Uzunidis və futbolçuların olduğu avtobus Mərdəkanda tıxacda qalıb.

Offsideplus.az xəbər verir ki, bu səbəbdən rəqib komandanın baş məşqçisi oyun öncəsi mətbuat konfransına 15 dəqiqəyə qədər gecikib. Yunan mütəxəssis gecikməyə görə jurnalistlərdən üzr istəyib, yolda tıxacla üzləşdiklərini bildirib. 

Qeyd edək ki, KL-nin II təsnifat mərhələsi üzrə "Araz-Naxçıvan" - "Aris" matçı 24 iyul saat 20:00-da "Dalğa Arena"da keçiriləcək.