AZ

Şəki və Zaqatalanın bir neçə kəndində qaz olmayacaq

BAKI, 23 iyul. TELEQRAF

Sabahdan Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315 mm-lik qaz xəttindən verilmiş çıxışların yerüstü qaz xəttinə qoşulması məqsədi ilə 25 iyul tarixdə saat 09:30-dan işlər yekunlaşanadək S.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi, A.Əfəndiyev küçələrində 463 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhməd qızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Zaqatala rayon Çökəkoba kəndində 380 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Seçilən
47
19
teleqraf.com

10Mənbələr