AZ

BAMF tərəfindən yerli QHT-lər üçün keçirilən silsilə təlimlər başa çatıb (FOTO)

Bakı. Trend:

İyulun 23-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)ofisində yerli QHT-lərin BMT-ə inteqrasiyasına dəstək məqsədiləsonuncu – 12-ci təlim keçirilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan “AzərbaycanQHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək”layihəsi çərçivəsində iyulun 1-dən etibarən keçirilən təlimlərdəümumilikdə 26 fərqli QHT-dən 30-dan çox nümayəndə iştirak edib.

BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) yerli QHT-lərintəmsilçilik imkanlarının artırılmasına həsr olunan “BMT-dəakkreditasiya və tədbirlərdə iştirak” adlı son təlim BMT və onunqurumları ilə çoxillik əməkdaşlıq təcrübəsinə sahib olan, sahə üzrəbeynəlxalq ekspert-təlimçi Nik Nvolisa tərəfindən keçirilib.Həmçinin, təlimin gedişində bir neçə QHT-nin ECOSOC-un elektronportalında qeydiyyatı tamamlanıb. Bundan əlavə layihənin davamındaseçilmiş QHT-lərin sözügedən statusu əldə etmələri üçün müraciətprosesində də ECOSOC-da ən yüksək – Əsas məşvərətçi statusa sahibolan BAMF tərəfindən dəstək göstəriləcək.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində BMT-nin müqavilə vənizamnamə mexanizmlərinin öyrənilməsinə həsr olunan 6 dərslik ilktəlim proqramı insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədovtərəfindən keçirilib.

BAMF
BAMF
BAMF
BAMF
BAMF
BAMF
BAMF
BAMF
BAMF
BAMF
BAMF
Seçilən
50
8
az.trend.az

10Mənbələr