AZ

Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ilə başa çatdı - Fotolar

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günləri Şuşada nümayiş olunan "Sözün hökmdarı" adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Publika.az xəbər verir ki, səhnə işinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, ssenari müəllifi şair, dramaturq İlqar Fəhmidir.

Kompozisiyada görkəmli şair, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin dövlət idarəçiliyinə gəlişi və ədəbi yaradıcılığı diqqətə çatdırılır.

Bir sıra teatrlardan aktyorların, bədii kollektivlərin iştirakı ilə hazırlanan nümunədə böyük şairin bir əlində qılınc, bir əlində qələm tutan sələfləri - Qazi Bürhanəddin Əhməd, Qara Yusif, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai başqaları səhnəyə gəlir. Onların dövlət idarəçiliyi ilə yanaşı, ədəbiyyat və mədəniyyətin də inkişafına qayğı göstərməklə tarixdə iz qoyduqları vurğulanır.

M.P.Vaqifin ən yaxın dostu görkəmli şair Molla Vəli Vidadi ilə olan "Sözün hökmdarı" ədəbi-bədii kompozisiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bununla da, daha bir söz-sənət bayramı tarixə qovuşub.

Seçilən
46
3
publika.az

4Mənbələr