Demokrat.az bildirir ki, tədbirdə səsləndirilən rəqəmlərə əsasən, fortepiano ixtisası üzrə çalışan müəllimlərin orta həftəlik dərs saatı attestasiya öncəsi 23,5 saat təşkil etdiyi halda, attestasiya başa çatdıqdan sonra bu rəqəm 33 saata çatıb.
Digər tərəfdən, musiqi nəzəriyyəsi fənnini tədris edən müəllimlərin dərs yükləri də artım göstərib – əvvəlki dövrdə 20 saat olan bu göstərici, attestasiya sonrası 29,5 saatadək yüksəlib.
Cavidan Mirzəzadə
Demokrat.az