AZ

Elmdə yenilik: İnsan beynini oxuyub yazan papaq

Süni intellektin insan beynini oxuması ideyası reallığa çevrilir.

Publika.az xəbər verir ki, bununla bağlı Avstraliyanın Sidney Texnologiya Universitetinin alimləri tədqiqat aparıb.

Onlar süni intellektin beyin fəaliyyətini izləyib yazması üçün papaq kimi cihazdan istifadə ediblər. Süni intellektlə işləyən papaq istifadəçinin beyin dalğalarını izləyir və fikirlərini yazıya köçürür.

Elmi qrupun üzvü Çin Tenq Linin sözlərinə görə, sistem beyin dalğası siqnallarını şərh etmək üçün iki fərqli süni intellektə əsaslanır:

"Əvvəlcə, beyin siqnallarını istədiyiniz sözlərə çevirmək üçün dərin öyrənmə modelindən istifadə edirik. Daha sonra kodlanmış sözləri uyğunlaşdırmaq üçün böyük dil modelini işə salırıq”.

Seçilən
25
2
publika.az

3Mənbələr