AZ

70 yaşlı qadın Netanyahuya sui-qəsd planı iddiası ilə saxlanıldı

İsraildə Baş nazir Benyamin Netanyahuya qarşı bombalı sui-qəsd planlaşdıran şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Jorusalem Post” məlumat yayıb.

Polisdən bildirilib ki, 70 yaşlı qadın ətrafındakı şəxslərə Netanyahuya sui-qəsd etmək niyyətində olduğunu deyib.

Prokurorluq qadın barəsində “cinayət və terror aktı məqsədilə sui-qəsd” maddəsi ilə cinayət işi başladıb.

Bildirilib ki, məhkəmə qərarı ilə qadının adı və yaşadığı yerlə bağlı məlumatlar qorunur.

Fatimə Şahverdiyeva

phrase_var_article.chosen
3
7
qafqazinfo.az

8phrase_var_article.sources