AZ

Öldükdən yarım saat sonra dirildi - Hər kəs şokdadır

İtaliyanın Tarquinia şəhərində 78 yaşlı kişi ölümündən 30 dəqiqə sonra möcüzəvi şəkildə həyata qayıdıb.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, ürəyi iki dəfə dayanan və rəsmi olaraq ölü elan edən kişi qəfildən gözlərini açıb.

Yenidən həyata qayıdan şəxs xəstəxanaya çatdırılıb və hazırda vəziyyəti stabildir.

Mütəxəssislər bu qeyri-adi halı "Lazarus sindromu" adlandırırlar. Bu sindrom, ürəyi dayanmış və heç bir müdaxilə olmadan həyata qayıdanlara şamil olunur.

Seçilən
22
publika.az

1Mənbələr