AZ

Türkiyədə Azərbaycan iştirakçılığı ilə "IDEF 2025" çərçivəsində yeni anlaşmalar imzalanıb-FOTO

Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər nümayəndələri Türkiyədə keçirilən "IDEF 2025" 17-ci Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak ediblər. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələrin aparıcı müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunan hərbi texnika və hərbi məqsədli vasitələrlə tanış olub, onların rəhbərləri ilə görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirilib və memorandum imzalanıb. Həmçinin Azərbaycan və Qazaxıstanın hərbi nümayəndələri arasında da görüş baş tutub. Görüşlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, onun inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanovun, Müdafiə Nazirliyinin tabeliyində olan "MIRAS" Hərbi sənaye şirkəti MMC-nin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azersilah" Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə bir neçə müqavilə imzalanıb. Azərbaycan, müqavilələr, hərbi əməkdaşlıq.

Seçilən
105
vesti.az

1Mənbələr