"Atletiko Madrid" yeni futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi "Almeriya"nın müdafiəçisi Mark Pubili heyətinə qatıb.
İnformasiyanı madridlilərin rəsmi saytı yayıb.
O, yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 22 yaşlı Pubil İspaniyanın gənclərdən ibarət yığmasının heyətində Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.