Almaniya və Fransa ticarət danışıqları avqustun əvvəlinə qədər uğursuz olarsa, Avropa İttifaqından ABŞ-a qarşı cavab tədbirləri tələb edəcək.
Publika.az xəbər verir ki, “Financial Times” (FT) bu barədə avropalı rəsmilərə və diplomatlara istinadən məlumat yayıb.
"Biz danışıqlar üsulumuzu dəyişməliyik. Biz cavab zərbəsi endirməyi bacarmalıyıq və tarazlığı dəyişəcək istənilən variantları masaya qoymalıyıq", - deyə Fransanın sənaye naziri Mark Ferraççi bildirib.
Fransa və Almaniya ABŞ-a qarşı anti-məcburi alətdən istifadə etməyə çağırır. Bu mexanizm Amerika şirkətlərinin Avropa dövlət satınalmalarına çıxışını məhdudlaşdıracaq və ticarət məhdudiyyətləri tətbiq edəcək.
Eyni zamanda, bir sıra Avropa İttifaqı ölkələri ABŞ lideri Donald Trampın mümkün cavab eskalasiyasından ehtiyat edirlər.