Füzuli. Trend:
Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb.
Trend-in yerlimüxbirinin xəbərinə görə, yanğın Füzuli rayonunun Yuxarı Yağlıvənd,Cəmilli, Divanallar kəndi və Xocavənd rayonun Hadrut qəsəbəsindəbaşlayıb.
Belə ki, Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alovartıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçünəraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarınınyanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.
Yanğın davam edir.