AZ

“IDEF 2025”-də imzalanma mərasimi keçirilib

Bakı. Trend:

Türkiyə Respublikasında səfərdə olan müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirakedib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidənümayiş etdirilən dünya üzrə müdafiə sənayesinin aparıcışirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlıvasitələrə baxış keçirib, onların rəhbər heyəti ilə görüşüb.

Keçirilən görüşlər zamanı hərbi-texniki sahədə əməkdaşlığınmüxtəlif aspektləri, inkişaf perspektivləri və qarşılıqlı maraqdoğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsiaparılıb.

Sərgi çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirininmüavini - Baş direktor cənab Aqil Qurbanov, Azərbaycan RespublikasıMüdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRASHərbi-Sənaye Şirkəti MMC və Müdafiə Sənayesi Nazirliyinintabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə SənayesiHoldinqi” QSC-nin nümayəndələrinin iştirakı ilə bir sıramüqavilələr imzalanıb.

Seçilən
81
17
az.trend.az

10Mənbələr