FÜZULİ, 23 iyul. TELEQRAF
Füzuli və Xocavənd rayonlarında da güclü yanğın başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonun Hadrut qəsəbəsində başlayıb.
Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib.
Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürən əməkdaşları yanğının qarşısını almağa çalışırlar.