AZ

Qəzzada daha 113 nəfər həlak oldu

Qəzza zolağında son 24 saatda daha 113 insan həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 10 nəfərin aclıq və qida çatışmazlığından öldüyünü, bununla da aclıqdan ölənlərin sayının 111-ə çatdığını bildirib. 

Nazirlik həmçinin Qəzza zolağında son 24 saat ərzində xəstəxanalarda 113 ölüm və 534 yaralanmanın qeydə alındığını təsdiqləyib.

Beləliklə, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlar nəticəsində həlak olan fələstinlilərin sayının 59 min 219 nəfərə çatdığı, 143 min 45 nəfərin isə yaralandığı bildirilib.

Seçilən
99
operativmedia.az

1Mənbələr