BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan və Ermənistan arasında sülh və bu sülhün hər iki ölkəyə verəcəyi töhfə ehtimallarına sosial media istifadəçilərinin şərhləri müxtəlif olub.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Bir sosial media istifadəçisi hesab edir ki, "Rusiyasız Qafqazda sülh müqaviləsi bütün bölgənin inkişafına böyük xidmət edəcək. Ermənilər və azərbaycanlılar gürcülər kimi, Pribaltika respublikaları kimi dinc yaşayacaqlar".
Digər bir şərh yazana görə isə "nə sadə azərbaycanlı, nə də sadə erməni bundan fayda göturməz. Siyasətçilər xalqın adından istifadə edərək, gəlirin dadına özləri baxırlar". Sitatın sonu
Bu mümkün tarixi hadisəni zarafatla qarşılayanlar da var.
Onlardan biri yazıb: "Erməni konyakı içməyə başlayacağıq".
BBC-nin Azərbaycan və Ermənistan barışarsa, nə olar? 5 ehtimal videosuna gələn bir şərhdə isə bir sosial media istifadəçisi yazıb.
"Bu xanımın danışdıqlarının hamısı bombadır, amma bir şeyi səhv dedi ki, hərbiyə ayrılmış pulları xalqa ayırar. Bunu Ermənistan indi də edir, amma bizdə heç vaxt olmaz. Çünki bunlara xalq lazım deyil, sadəcə dolların üstündəki Franklin lazımdır".
Bəziləri sülh və rahatlıq istəyir. sitat
"Hər bir şeyin sonu olduğu kimi duşmənliyin də sonu var. Sülh olsun, insanlar rahat yaşasın!" Sitatın sonu
Sülh tələbində olanlar Prezident İlham Əliyevdən prosesi sürətləndirməsini istəyirlər.
"İlham Əliyevdən sülh müqaviləsinin tez bağlanmasını istəyirik. Müharibəsiz, ölümsüz normal, sülh Içində, əmin-amanlıqda yaşayaq! Bunu yəqin, bizdən çox, belə fikirləşirəm, ölkə başçısı da istəyir!"
Bəzi sosial media istifadəçiləri üçünsə barışıq heç real görünmür.
Onlardan bəziləri yazır ki, "Xamneyi və Putin sülhə imkan verməz", digərləri isə hesab edir ki, " Azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz".
Video açılmasa, Youtube kanalımızda izləyin.